Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
04 iyn 09:04 Oxunub: 207

Zarya - Şərqi Slavyan mifologiyasında personajdır

Zarya - Şərqi  Slavyan  mifologiyasında  personajdır




















Zarya - Şərqi Slavyan mifologiyasında personajdır. Ujara- Mariy panteonunda tanrıdır. Zarya; Sübh şəfəqi sözü ilə eyni məna verir. Zarya Belarusca Zara, Bosna dilində Zora, Makedonca Zorata, Serbcə Zora, Ukrain dilində Zorya, İsveç dilində isə Griningen deyilir. Ere- Eston dilində parlaq deməkdir. Zaari; Cənubi Amerika Hindularının dilində “Günəş”, Zər sözü Azərbaycan dilində həm qızıl deməkdir, həm də parlaq deməkdir. Qızıl rəng, altun rəng günəşin rəngidir! Dilimizdə belə bir ifadə var: “Günəşin zərli şəfəqləri”. Zər; elə Azər- Azərbaycan sözünün köküdür. Zər/Azər/Ozir/Osir/Osiris! Zər sözünün bir də qişa sözünü ifadə edən mənası da vardır ki, dində insanın doğulmazdan əvvəl ana bətnində, qişalar içərisində olan dövr “zər” dövrü adlanır. Yaradıcı tanrı insanı elə yaradıb ki, milyon illərdir özü-özünü törədir. Yenidən yaranmanın, yenidən doğumun simvolu olan Azər/Osir tanrının adı dölün “zər” dövrünə, yenidən yaranmaqda olan dövrünə də verilib. Abşeron yarımadasında, Bakıda Zirə adlanan çox qədim bir kənd var. Vikipedik məlumatlarda Zirəni “jəzirə”, “ziraət”yəni ərəb dilində olan “ada” və “əkinçilik”sözü ilə bağlayırlar. Zirə ilə eyni ərazidə yerləşən Gürgan( Xəzər dənizinin Hirkan, Gürgan adlanan tarixi dövrləri də olub), Sibir üstü (Sabir türklərini xatırladır) kimi adlanan toponimlər Zirənin əsil türk adı olduğunu göstərir. Zirə bəlkə də elə Azərbaycanın, Xəzərin özü ilə eyni tarixə malikdir. Zirə/Zr; Azər/Zr... Xəzər/Azər/XZR; Xəzər/XZR/Xızır...Osir/Azər/Xəzər/Xızır...(danışıq dilimizdə saitdən əvvələ H/X kimi samitlər əlavə etmək var. Məs: açar/haçar, eləmi/heeləmi və s.) Osir/Azər tanrı ilə, Xızır peyğəmbər demək olar ki, missiyanı daşıyır. Şərqi slavyanlarda sübh şəfəqi mənasını verən; Zarya mifik personajı da Azər mənşəlidir. Axı günəş; Azər ölkəsinə aid olan Abşerondan doğur!
F.Rüstəmova



XƏBƏR LENTİ
Sabah hava buludlu olacaq
16-09-2019, 07:19

Sabah hava buludlu olacaq