Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
19 sen 08:56 Oxunub: 60

Bjork Alim Qasımov haqqında: Ən sevdiyim ifaçıdır

Bjork Alim Qasımov haqqında: Ən sevdiyim ifaçıdır





























Məşhur islandiyalı müğənni, aktrisa, musiqiçi, bəstəkar və mahnı müəllifi, bir çox mükafatların sahibi olan Bjork bütün dövrlər üçün ən sevdiyi 11 musiqi albomunun adını açıqlayıb.

Onun seçdiyi mahnılar alternativ rok, elektronika, indi-pop, trip-hop, modern, klassika da daxil olmaqla bir çox janr və üslubu əhatə edir.

Bjork özü də müxtəlif musiqi istiqamətləri və janrlarından ilham alır.

“Farout Magazine” qeyd edir ki, müğənninin 11 ən sevimli musiqi albomları siyahısına Azərbaycanın Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun “Azərbaycan” adlanan diski də daxildir: “The Art of the Mugham”.

Bu albomda A.Qasımov “Mahur”, “Şur”, “Segah” kimi İslandiya ifaçısını ovsunlayan muğam növlərini ifa edib.

O, 2011-ci ildə “Guardian”a verdiyi müsahibədə dünya şöhrətli Qasımovun işinə olan sevgisini etiraf edərək bunları söyləyib: “Sevdiyim müğənnilər sırasında Beyons, Çaka Xan, Entoni Heqarti var, amma Alim Qasımov mənim ən sevdiyim ifaçıdır”.


XƏBƏR LENTİ
İndoneziyada zəlzələ
Bu gün, 09:16

İndoneziyada zəlzələ