Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
06 okt 10:56 Oxunub: 15

Xərçəng xəstəsi müalicədən imtina edib meşəyə çəkildi, lakin...

Xərçəng xəstəsi müalicədən imtina edib meşəyə çəkildi, lakin...






















Rusiya Federasiyasının Kemerov bölgəsininin sakini olan onkoloji xəstə müalicədən imtina edərək tayqa meşələrinə çəkilib. Lakin bir müddət sonra o, üz nahiyəsində nəhəng şişlə geri qayıtmalı olub.

Kuzbassın tibb mərkəzindən bildiriblər ki, həmin xəstəyə iki il öncə dodağında kiçik şiş diaqnozu qoyulub. Onda həmin şişin ölçüsü bir santimetr olub və tam müalicəsi mümkün görünüb. Lakin buna baxmayaraq, xəstə o vaxt müalicədən imtina edərək tayqa meşələrində yaşayaraq, dua etməyi seçib.

Bu müddət ərzində şiş dördüncü mərhələyə keçib və kəllə sümüyü ilə birləşib.

Xəstənin üzünün yarısını tutan şiş cərrahi üsulla götürülüb. Hazırda o, zondla qidalanır.

Xəstənin yaxşılaşması şüa müalicəsinə verəcəyi reaksiyadan asılıdır.


XƏBƏR LENTİ
Zakir Qaralovdan yeni təyinat
13-10-2019, 07:34

Zakir Qaralovdan yeni təyinat

Yenə qaz olmayacaq
12-10-2019, 07:00

Yenə qaz olmayacaq