Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
26 sen 08:20 Oxunub: 20

Ərini filosofa qısqanan qadın: Hegel ailəmi dağıdır

Ərini filosofa qısqanan qadın: Hegel ailəmi dağıdır























“Reddit” istifadəçisi olan bir qadının fikrincə, ərinin fəlsəfəyə marağı onların ailəsini dağıdır.

Bu paylaşım “Twitter”də də müzakirələrə səbəb olub.
İxtisasca fizik olan qadının sözlərinə görə, filosof-alim əri 1831-ci ildə dünyasını dəyişmiş alman filosofu Hegelin əsərlərinin aludəçisidir. Həyat yoldaşının təkidlərindən sonra arvad da Hegelin yaradıcılığı ilə maraqlanmağa başlayıb.

Mübahisələr də bundan sonra başlayıb. Hegel fəlsəfəsi onların arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Qadın iddia edib ki, onun müddəalarının çoxu müasir fizika qanunları ilə uzlaşmır, bu fikirləri qəbul etməyən ər isə mövqeyini qadın üçün anlaşılmaz terminlərlə əsaslandırmağa çalışıb.

Bundan başqa, kişi çarpayısının yanına Hegelin fotosunu qoyub və mobil telefonunda arvadının örtük şəklini də Hegelin rəsmi ilə əvəzləyib.

Qadın paylaşımında yazıb: “Mənə elə gəlir, ərimin diqqəti uğrunda 200 yaşlı filosofla rəqabətə çıxmışam”.

Sonuncu mübahisədən sonra ər evdən çıxıb və geri qayıtmayıb.


XƏBƏR LENTİ
Zakir Qaralovdan yeni təyinat
13-10-2019, 07:34

Zakir Qaralovdan yeni təyinat

Yenə qaz olmayacaq
12-10-2019, 07:00

Yenə qaz olmayacaq