Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
29 avq 10:23 Oxunub: 105

250-dən çox uşaq "tanrılar"a qurban edilib - Vəhşiliyin qalıqları tapıldı

250-dən çox uşaq "tanrılar"a qurban edilib - Vəhşiliyin qalıqları tapıldı






















Arxeoloqlar Peruda "tanrılar"a qurban edilmiş 250-dən çox uşağın qalıqlarını aşkar ediblər.

Bu barədə "RİA Novosti" agentliyi RPP yerli radiostansiyasına istinadən yazır.

Qalıqlar La-Libertad regionunda, Uançako ərazisindəki Pampa-la-Kursda aparılan qazıntılar zamanı aşkarlanıb.

Qazıntı işlərinə rəhbərlik edən arxeoloq Feren Kastilyonun sözlərinə görə, bu qalıqlar XIII-XV əsrə aiddir və Kolumbdan öncəki çimu mədəniyyəti ilə bağlıdır. Arxeoloqların fikrincə, dörd yaşından 14 yaşınadək uşaqlar "tanrılar"a qurban edilib.

Kastilyo qeyd edib ki, uşaq qalıqlarından başqa, qurban gətirilən döyüşçü və əsirlərə məxsus azı 40 böyük adamın da qalıqları tapılıb.

Tapıntılar lazımi analizlərin aparılması üçün Truxilo şəhərindəki Milli Universitetin laboratoriyasına göndərilib.

Bir müddət öncə arxeoloqlar Peruda uşaqların kütləvi qurban edilməsinin Şimali və Cənubi Amerika ərazisində, bəlkə də dünya tarixində ən böyük sübutunu aşkar ediblər. Alimlərin sözlərinə görə, 140-dan çox uşaq və 200 gənc lama, çox güman ki, 550 il öncə, qədim çimu mədəniyyəti dövründə keçirilən "qurbanlıq mərasimi"ndə öldürülüb.

Pampa-la-Krus - Uançakito kimi tanınan "qurbanlıq məkanı" yaxınlığında yerləşir. Bu məkan Perunun şimalında, Sakit okeana yaxın Uançako ərazisindədir. Həmin ərazidə çimu mədəniyyətinin keçmiş mərkəzi olan Çan-Çan və Çimor dövlət təhsil paytaxtı yerləşir. 1986-cı ildə Çan-Çan YUNESCO-nun Ümumdünya mirası siyahısına daxil edilib.


XƏBƏR LENTİ
Sabah hava buludlu olacaq
16-09-2019, 07:19

Sabah hava buludlu olacaq