Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
08 iyn 11:08 Oxunub: 21

Kriminal avtoritetin qətlinin təfərrüatı - Səbəb qatilin xanımı olub

Kriminal avtoritetin qətlinin təfərrüatı - Səbəb qatilin xanımı olub





















Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.
Uluses.com.Az Oxu.Az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb.
Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.
Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Səbəb M.Budaqlı və digər iki nəfərin T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayması olub.
Söz-söhbətləri eşidən Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin Budaqlı onun qəzəbindən yan keçə bilib.
Bu arada, qətl qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış.
İlkin dindirilməsi zamanı saxlanılan şəxs, iyunun yeddisində M.Qubadlı ilə avtotəmir yerində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.
Qeyd edək ki, qətldən dərhal sonra, bu hadisənin digər kriminal avtoritet, qanuni oğru Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair fərziyyələr və söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş verən kütləvi dava zamanı qətlə yetirilmişdi. Ancaq bu versiya öz təsdiqini tapmadı.
Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsinin ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. Mübariz Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.
Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıb.
Adı çəkilən şəxslər 10-GD-021 dövlət nömrə nişanlı “BMW X5” markalı avtomobildə hadisə yerindən qaçmaq istəyib.
Kriminal avtoritetin qətlinin təfərrüatı - Səbəb qatilin xanımı olub
Kriminal avtoritetin qətlinin təfərrüatı - Səbəb qatilin xanımı olub


XƏBƏR LENTİ
Bakıdakı yanğından
Dünən, 11:31

Bakıdakı yanğından

İstanbul seçimini etdi
Dünən, 10:50

İstanbul seçimini etdi