Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
14 may 08:37 Oxunub: 224

Şəmkirli narkotacirlər saxlanıldı - FOTO

Şəmkirli narkotacirlər saxlanıldı - FOTO
























Şəmkirdə narkotiklərin becərilməsi və alqı-satqısı ilə məşğul olan üç nəfər tutulub. Polis həmin şəxslərin üzərindən və yaşadıqları ünvandan xeyli miqdarda narkotik vasitə aşkar edib.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Əlxan Hüseynovu saxlayıblar.

Dindirmə zamanı Ə.Hüseynov həmyerlisi, keçmiş məhkum 44 yaşlı Vüqar Mədətovla birlikdə narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduqlarını etiraf edib. “İsti izlərlə” keçirilən əməliyyat nəticəsində V.Mədətov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman xalis çəkisi 0,319 qram olan heroin aşkar edilərək götürülüb.

V. Mədətov istintaqa ifadəsində narkotiki tanışı 32 yaşlı Elvin Əliyevdən aldığını bildirib.Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Mədətova heroini satmaqda şübhəli bilinən Elvin Əliyev tutulub.

RPŞ-də onun üzərinə baxış keçirilərkən ümumi çəkisi 2,48 qram heroin aşkarlanıb. Yaşadığı ünvandandan isə xeyli miqdarda yabanı halda bitən çətənə kolları və qurudulmuş marixuana götürülüb. Saxlanılan Elvin Əliyev heroini çay kənarında tapıdığını, evindən aşkarlanan marixuananı isə yabanı halda bitən çətənə kollarından yığıb, topladığını və şəxsi istifadəsi üçün saxladığını deyib.

Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq davam etdirilir.

Oxu.Az
Şəmkirli narkotacirlər saxlanıldı - FOTO
Şəmkirli narkotacirlər saxlanıldı - FOTO


XƏBƏR LENTİ
Bakıda Qədr gecəsi
25-05-2019, 11:01

Bakıda Qədr gecəsi

QƏDR GECƏSİ
24-05-2019, 13:41

QƏDR GECƏSİ

Rusiyada Damla üçün izdiham
24-05-2019, 13:35

Rusiyada Damla üçün izdiham