Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
30 apr 09:32 Oxunub: 164

Mahathir Məhəmməd: “Bir kəmər, bir yol” təşəbbüsü bütün iştirakçılar üçün xeyirlidir

Mahathir Məhəmməd: “Bir kəmər, bir yol” təşəbbüsü bütün iştirakçılar üçün xeyirlidir



















Malayziyanın Baş naziri Mahathir Məhəmməd bəyan edib ki, Pekində keçirilən “Bir kəmər, bir yol” forumu onun bu layihədən daha çox Çinin mənfəət götürəcəyi ilə bağlı şübhəsini aradan qaldırıb.
Uluses.com.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Malayziyanın Baş naziri bu barədə Çinə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
“İkinci beynəlxalq əməkdaşlıq forumunda iştirak etməyim mənə “Bir kəmər, bir yol” təşəbbüsünü daha dərindən başa düşməyə imkan yaratdı. İndi əminəm ki, bu təşəbbüs bütün iştirakçı ölkələr üçün xeyirlidir”, - deyə Mahathir Məhəmməd bildirib. Baş nazir əlavə edib ki, forumda ölçüsündən, inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir ölkəyə öz mövqeyini və narahatlığını ifadə etmək imkanı yaradılmışdı.
Bununla yanaşı, Mahathir Məhəmməd etiraf edib ki, bu yaxınlaradək o, həmin təşəbbüsdən yalnız Çinin fayda götürəcəyi ilə bağlı narahatlıq keçirirdi.
“Forum, həmçinin mənim Cənubi Çin dənizinə və Malakka boğazına yalnız bir böyük dövlət tərəfindən nəzarət olunacağı barədə narahatlığımı da aradan qaldırdı”, - deyə Baş nazir vurğulayıb.


XƏBƏR LENTİ
Bakıda Qədr gecəsi
25-05-2019, 11:01

Bakıda Qədr gecəsi

QƏDR GECƏSİ
24-05-2019, 13:41

QƏDR GECƏSİ

Rusiyada Damla üçün izdiham
24-05-2019, 13:35

Rusiyada Damla üçün izdiham