Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
24 yan 08:17 Oxunub: 233

2018-ci ildə Azərbaycanda nə qədər şirkət ləğv edilib? - RƏSMİ

2018-ci ildə Azərbaycanda nə qədər şirkət ləğv edilib? - RƏSMİ





















2018-ci il ərzində Azərbaycanda 12 min 504 yeni müəssisə və təşkilat yaradılıb, 627-si isə ləğv edilib.

Uluses.com.Az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 01.01.2019-cu il vəziyyətinə müəssisə və təşkilatların sayı 130 min 323 olub.

2018-ci il ərzində ləğv edilmiş müəssisə və təşkilatların 24,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 15,3 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 10,0 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 6,4 faizi “Tikinti”, 6,2 faizi “Emal sənayesi” və 5,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 31,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 26,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 6,9 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 6,7 faizi “Tikinti”, 5,7 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 4,5 faizi “Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.


XƏBƏR LENTİ
Zakir Qaralovdan yeni təyinat
13-10-2019, 07:34

Zakir Qaralovdan yeni təyinat

Yenə qaz olmayacaq
12-10-2019, 07:00

Yenə qaz olmayacaq