Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
06 sen 08:32 Oxunub: 23

"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI

"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI





















Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Uluses.com.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Siyahıya aşağıdakı futbolçular daxil edilib:

Qapıçılar: 1. Asmir Beqoviç, 12. Şahrudin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 95. Məmməd Hüseynov;

Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 23. Fayçal Rerras, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı, 71. Tural Bayramov;

Hücumçular: 11. Mahir Emreli, 99. Maqaye Geye.

Qeyd edək ki, A qrupunda "Qarabağ" "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj"la (Lüksemburq) mübarizə aparacaq. Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək.

I tur

19 sentyabr

"Qarabağ" - "Sevilya"

II tur

3 oktyabr

"Düdelanj" - "Qarabağ"

III tur

24 oktyabr

"Qarabağ" - APOEL

IV tur

7 noyabr

APOEL - "Qarabağ"

V tur

28 noyabr

"Sevilya" - "Qarabağ"

VI tur

12 dekabr

"Qarabağ" - "Düdelanj"


XƏBƏR LENTİ
Sabah hava buludlu olacaq
16-09-2019, 07:19

Sabah hava buludlu olacaq