Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
14 mar 08:25 Oxunub: 294

“Barselona”nın futbolçuları “Olimpik Lion”un qapısına 5 qol vurublar

“Barselona”nın futbolçuları “Olimpik Lion”un qapısına 5 qol vurublar






















Martın 14-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

Uluses.com.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransanın “Olimpik Lion” komandası səfərdə İspaniyanın “Barselona” komandasını qəbul edib. Parisdə oynanılan ilk görüşdə İspaniya təmsilçisi 0:0 hesabı ilə heç-heçə elədiyi üçün cavab qarşılaşması “Barselona”ın ardıcıl hücumları şəraitində keçib. Sürətli idman mübarizəsinin yaşandığı görüş Kataloniya təmsilçisinin 5:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

“Barselona”ın heyətində Lionel Messi (18 penalti, 78), Filip Koutinyo (31), Osman Dembele (90) və Gerar Pike fərqləniblər. Qonaqların təsəlli qolunu Tousart (58) vurub. Bu qələbə sayəsində “Barselona” iki oyunun nəticəsinə əsasən qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Onların növbəti rəqibi martın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.


XƏBƏR LENTİ
TƏBRİK EDİRİK!!!
7-11-2019, 20:05

TƏBRİK EDİRİK!!!

Çəkilişlər 8 saat olacaq
7-11-2019, 10:07

Çəkilişlər 8 saat olacaq