Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
25 fev 17:10 Oxunub: 2 487

Bazar- həftənin yeddinci günü

Bazar- həftənin yeddinci günü























Vikipedik məlumatlara görə: ”Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci (bəzilərində birinci) günü.
ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür.
Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır”.
Rus dilində “воскресенье”, yəni “dirilmə” adlanan həftənin yeddinci günü; ingilis dilində ” Sunday”, norveç, dat d. “søndag “, ispan, portuqal d. “domingo” (Dominus isə Tanrı, Allah deməkdir), latın və digər latındilli xalqların dilində ”diēs solis” “Günəş” mənasında, makedon dilində “nedela”, ukrain d. –“ недиля”, polyak d. – “недзеля”, belarus d. – “няделя” adlanan 7-ci günün mənası "не делать, не работать", yəni heç nə etməmək deməkdir. Bəs bizdə nə üçün dövlət işində işləyənlər üçün “istirahət” günü, ümumi anlamda isə “alış-veriş” günü kimi başa düşülür?
Xristianlar “воскресенье” dedikdə İsa peyğəmbərin dirilməsini nəzərdə tuturlar.
Bəs ölüb-dirilən peyğəmbər və ya tanrı yalnız İsa peyğəmbərmi olub?
Məlumdur ki, əfsanələrdə ən ilkin ölüb-dirilən tanrı; Qədim Misirdə Osir/Azər tanrıdır. Deltanın mərkəzi hissəsində, Abu-Sir-Bana qəsəbəsinin yaxınlığında, Sammanudadan cənubda, sonradan Per-Usir-neb-Cedd adlanmış, qədim yaşayış ərazisi olan Cedd/Cədd yerləşir. Cedd/Cədd; Osir kultunun mərkəzi olub və yunanlar tərəfindən Busir/Busiris adlandırılıb. Əvvəllər Andjeti tanrısının kult mərkəzi olmuş Busiris; qardaşı Set tərəfindən öldürülmüş və parçalanaraq Misir ərazisinə atılmış, Osirin bədəninin bir hissəsi olan onurga sütünunun, bel fəqərələrinin həmin ərazidə tapılmasından sonra Osir/Azər tanrısının kult mərkəzinə çevrildi. Cedd/Cədd; fəqərəyə bənzəyən sütun şəklində təsvir edilirdi və Busiris həmin dövrün zəvvarlarının getdiyi ziyarət və qurbanlıq yeri idi (Spiegel J. Zum Osiriskult von Abydos im Mittleren Reich // Die Welt des Orients, 2, 1959. Heft 5/6. S. 397–403).
Ba ruhu bədəni tərk etməsə insan ölmür. Eyni zamanda Ba ruhu bədənə qayıtmasa ölən dirilməz! Yəqin ki, təbiətin də Ba ruhu dönməsə Bahar fəsli gəlməz. Qədim Misirdə “Yer” ilə “Göy”ün, yəni yer tanrısı Geb və göy tanrıçası Nutun oğlu, “HOR”un atası, İsida, Neftida və Setin qardaşı, Çar və Gök/Göy Tanrı olan OSİR/AZƏR; oğlu Hor tərəfindən dirildildikdən sonra yeraltı dünyanın çarı və ölümsüz həyat üçün diriliş tanrısına çevrildi.
Araşdırmalara görə məhz həftənin yeddinci günü, digər günlərlə müqayisədə Yerin maqnit sahəsi, elektrik enerjisinin enməsi, ötürülməsi, bir çox canlıların aktivliyi çoxalmağa tərəf dəyişir.
Bəzən bazar sözü qatışıqlığı, xaos vəziyyətini bildirən söz kimi də istifadə edilir. Əgər deyiriksə Osir/Azər tanrısının bədəninin bir hissəsi Busirisdə tapılıb, o zaman həqiqətən də ortamın nə dərəcədə qarışmasını təsəvvür etmək o qədər də çətin deyil.
Kult mərkəzi olan Busiris zəvvarların ziyarət yeri, qurbanların verildiyi bir mərkəz olubsa, demək həmin yerdə həm də qurbanlıq, zəvvarların yemək və digər ehtiyaclarını qarşılamaq üçün vasitələr satılıb.
Azərbaycanda və Türkiyədə “Bazarla” bağlı bir sıra oronimlər və yaşayış əraziləri var. Vikipedik məlumatlara görə: ”Bazardüzü zirvəsi — Baş Qafqaz silsiləsində, Azərbaycan Respublikası ilə Dağıstan sərhədində dağ. Ən yüksək zirvəsi 4466 m.
Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabad çayı dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır. Etnotoponim hesab olunur.
Bazaryurd - Baş Qafqaz silsiləsin zirvələrindən biri, Qusar və Qəbələ rayonları sərhədində dağ. Hün. 4126 m. Oronim bazar və yurd komponentlərindən düzəlib, "bazarların yurd yeri" deməkdir( Qədimdə Astraxanbazar adlanan). Bu günkü Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr var. Anadoluda bazar gününə Girey, Gira da deyilir. Əski Türk dilində bu günün adı “Birinç”dir. Pazar adlı Rize elinin, Tokat elinin bir ilçəsi, Ankaranın Kızılcahamam ilçəsinə bağlı bir məhəllə, Mardində Nusaybin ilçəsinə bağlı olan yenə bir məhəllə vardır”. Bazaryurd/Azəryurd/Busiryurd, Bazardüz/Azərdüz/Busirdüz, Mişarçay/Misirçay, Pazar/Bazar/Busir, Yedditəpə/həftənin yeddinci günü olan ”Bazar” gününü, Qurudərə, Girey, Gira sözləri isə Osir/Azər tanrısını diriltmiş olan oğlu, Hor/Qor/Gor tanrısını, bazar gününün “Birinç” adlanması isə öldükdən sonra dirilən Osirlə olan əlaqəni, dirilmənin ilk gününü xatırladır.
Belə nəticəyə gəlmək olar ki, Osir/Azər tanrısının ölüb-dirilməsi müxtəlif xalqların yaddaşında, müxtəlif cür yaşayır: “воскресенье”, “Sunday”,” nedela”, “domingo”, ”diēs solis” və Osir/Azər/Busir adına ən yaxın variant olan BAZAR kimi.


Firəngiz Rüstəmova
Avropa Təbii Elmlər Akademiyasının üzvü, "Ailə Həkimi Klinikası"nın həkimi, mama-ginekoloq


XƏBƏR LENTİ
Bakıda Qədr gecəsi
25-05-2019, 11:01

Bakıda Qədr gecəsi

QƏDR GECƏSİ
24-05-2019, 13:41

QƏDR GECƏSİ

Rusiyada Damla üçün izdiham
24-05-2019, 13:35

Rusiyada Damla üçün izdiham