Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
09 noy 10:47 Oxunub: 116

Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub

Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması  mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub


















Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi tərəfindən “Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının təşkilati dəstəyi ilə Cəlilabad rayonunda təlim təşkil edilib. Təlim sessiyasında Universitetin Cəlilabad filialının fəal tələbə və müəllim heyyəti və rayonun digər fəal gənclərindən ibarət 25 nəfər iştirak edib.
Təşkilatın əməkdaşı Vamiq Babayev açılış nitqində layihə məqsəədlərini və qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb. Tədbirə iştirak edən Ombudsman Aparatının Cəlilabad regional filialının rəhbəri Ziya İsmayılov və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı Anar Atakişiyev məişət zorakılığı haqqında qanunvericilikdən irəli gələn məsələlər və məişət zorakılığına məruz qalan şəxslər, bu istiqamətdə müraciətlərin rayon üzrə statistikası və digər məlumatları diqqətə çatdırıb. Onlar eyni zamanda uşaq və yeniyetmələrə qarşı təcrübəsində rast gəlinən bir sıra məişət zorakılığı faktlarını qeyd edib və bu problemin qarşısının alınması istiqamətində gəncləri fəal olmağa səsləyiblər.
Layihə üzrə təlimçi Afiq Məlikov təlimin proqramına uyğun olaraq Ailədaxili zorakılıq və ya məişət zorakılığı, Məişət zorakılığının qurbanı sayılan şəxslər, Uşaqlar məişət zorakılığının qurbanı kimi, Ailədaxili zorakılığla əlaqədar BMT-nin və Avropa Şurasının statistik məlumatları, Uşağa qarşı emosional zorakılığın tətbiq edilməsini ehtimal etməyə əsas verən sosial faktorlar, Respublikada baş verən zorakılıqla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikası və onun təhlili, Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlər, Ailə-məişət münaqişələri zəminində baş verən cinayət hadisələri və digər məlumatları iştirakçıların diqqətinə çatdırıb. Təlim iştirakçılarından Sevda Şahmarova, Cəlalə İsgəndərova, Asiman Babayev və digərləri onları maraqlandıran suallarla bağlı ekspert və qonaqlarla müzakirələr aparıb. Təlim iştirakçıların fəallığı şəraitində həyata keçirilib.
Təlimdə mövzuya uyğun bir sıra video çarxlar nümayiş etdirilib.
Layihənin həyata keçirilməsində məqsəd uşaqları zorakılığın bütün formalarından qorumaq, uşaqlara qarşı törədilən zorakılıq, əsasən də ailələrdə baş verən zorakılıq hallarının qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Fərid Faiqoğlu
Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması  mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub
Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması  mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub
Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması  mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub
Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması  mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub
Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması  mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub
Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması  mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub
Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması  mövzusunda təlimlərə Cəlilabad rayonunda yekun vurulub


XƏBƏR LENTİ
Çində zəlzələ olub
Dünən, 08:35

Çində zəlzələ olub