Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
07 noy 09:35 Oxunub: 29

QHT Şurasının dəstəyi ilə milli maraqların müdafiəsi mövzusunda Masallı rayonunda seminar keçirilib

QHT Şurasının dəstəyi ilə milli maraqların müdafiəsi mövzusunda  Masallı rayonunda seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən 01 Sentyabr 2019-cu il tarixdən icrasına başlanmış “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 05 Noyabr 2019-cu il tarixində Masallı Rayon Mərkəzi Kitabxanasında seminar təşkil edilmişdir. Tədbirdə rayonun ictimai-fəal gəncləri, gənc müəllimləri ümumilikdə 46 nəfər gənc iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev donor təşkilat-QHT Şurası və sədri olduğu təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verməklə yanaşı layihənin əsas məqsədinin sosial şəbəkələrin imkanlarından istifadə edərək milli maraqların müdafiə olunmasında hər bir kəsi fəal iştirak etməyə təşviq etmək olduğunu bildirdi.
Layihə eksperti, Elbəy Fətəliyev seminar müddətində sosial şəbəkələr və vətəndaş cəmiyyəti,sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri və s. mövzularda iştirakçıları ətraflı məlumatlandırdı.Seminar iştirakçıları ilə müzakirə şəraitində keçən görüşdə iştirakçılardan Vidadi Nəsirov, Aytən Qulamhüseynli,Neymət Abdullayev və başqaları mövzu ətrafında çıxış edərək bildirdilər ki, bu gün milli maraqların müdafiəsində, sosial şəbəkələr üzərindən dövlətçilik əleyhinə çağırışlar edən qüvvələrə qarşı hər kəsin vətəndaşlıq nöqteyi-nəzərəindən mübarizə aparması olduqca vacibdir. milli maraqların müdafiə olunmasında gənclərin üzərinə daha böyük vəzifələrin düşdüyünü,eləcə də sosial şəbəkələr üzərindən müstəqil və qüdrətli dövlətimizin maraqları naminə anti-Azərbaycan çağırışları edən radikal qüvvələrə qarşı mübarizə aparmağın olduqca əhəmiyyətli olduğunu vurğulayaraq fəaliyyət göstərdikləri və təhsil aldığı müəssisələrdə bu istiqamətdə təbliğati işlər aparacaqları haqqında danışdılar.
Layihənin həyata keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gəncləri zərərli ideologiyaların və müxtəlif formalarda fəaliyyət göstərən radikal,ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Qeyd edək ki, növbəti silsilə tədbirlər Yardımlı və Astara rayonlarında həyata keçiriləcəkdir.

Fərid Faiqoğlu

XƏBƏR LENTİ