Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
20 avq 10:33 Oxunub: 29

Politoloq: Paşinyan "Qarabağ klanı"nın qılığına girən Sarqsyana toxunmayacaq

Politoloq: Paşinyan "Qarabağ klanı"nın qılığına girən Sarqsyana toxunmayacaq




















Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan həbs edilə və cinayət məsuliyyətinə cəlb oluna bilər. Ermənistan mətbuatının yaydığı xəbərə görə, bunu S.Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

O bildirib ki, Ermənistanın indiki hakimiyyətinin fəaliyyətinin bütün məntiqi ittihamlar və həbslərdən ibarətdir:

"Hazırda dövlət resurslarının xeyli hissəsi ittihamlara və həbslərə ayrılır. Lakin məsələ burasındadır ki, bu, artıq işə yaramır".

M.Minasyan qeyd edib ki, hakimiyyət çoxdan böyük həbs ssenarisi planlaşdırır:

"Bu, Sarqsyanın həbs olunmasıdır. İctimaiyyətin diqqətini real problemlərdən yayındırmaq üçün yaxın vaxtlarda Sarqsyan həbs ediləcək. Hakimiyyət bununla məhdudlaşmayacaq. Daha bir və ya iki generalın (o cümlədən, Samvel Karapetyanın) həbs edilməsi üçün nəsə fikirləşəcəklər. Bu, hərbi elitanı susdurmaq üçün edilir. Özümün də həbs ediləcəyini istisna etmirəm".

Politoloq Zaur Məmmədov başqa fikirdədir. O hesab edir ki, keçmiş prezidentin mümkün həbsinə dair bəyanat S.Sarqsyanın “Qarabağ klanı”nın qılığına girmək istəyindən irəli gəlir.

"2018-ci ilin əvvəlində Nikol Paşinyan və Serj Sarqsyan arasında gizli razılaşma əldə olunmasına dair Ermənistan cəmiyyətində çoxdan şayiələr yayılır. Razılaşmaya görə, Sarqsyan Baş nazir postundan gedəcəyi təqdirdə ona və ailə üzvlərinə toxunulmazlıq təminatı verilir. Buna görə də düşünürəm ki, Ermənistanın sabiq prezidenti həbs edilməyəcək, Paşinyan ona toxunmayacaq", - Z.Məmmədov Oxu.Az-a bildirib.

Politoloqun fikrincə, M.Minasyan öz proqnozunu S.Sarqsyanın xahişi ilə səsləndirib:

"İstisna edilmir ki, Minasyanın bəyanatı Ermənistanda olduqca qəribə vəziyyətə görə "Qarabağ klanı" qarşısında haqq qazanmaq üçün Sarqsyanın diktəsi edilib: hazırda Ermənistanda Sarqsyan və Koçaryan hakimiyyəti dövrlərinin siyasi elitasının bir çox nümayəndəsinə qarşı cinayət işi qaldırılır".

Onun sözlərinə görə, Ermənistanın digər keçmiş prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə prosesi isə kifayət qədər uzun vaxt aparacaq:

"Koçaryanın Ermənistanda siyasi elitanın yuxarı eşalonlarında kifayət qədər güclü mövqeyi var və o, Paşinyandan revanş almaq üçün alışıb yanır. Onlar arasında hakimiyyət uğrunda kəskin mübarizə olacaq. Hər iki tərəfi yalnız kilsə barışdıra bilər".

Z.Məmmədov əlavə edib ki, N.Paşinyan Ermənistanda yığılıb qalmış məsələləri vaxt itirmədən həll etməyə deyil, ilk növbədə, öz hakimiyyətini möhkəmləndirməyin qayğısına qalmağa məcburdur:

"Yəni o, demokratiya və vətəndaşlar haqqında deyil, özü haqqında fikirləşməyə məcburdur. Xalq küçə populistlərini seçərkən həmişə düşünür ki, yeni hakimiyyət daha demokratik olacaq, lakin yeni rəhbərlər çox vaxt sələfləri ilə müqayisədə daha avtoritar olurlar. Paşinyanın hazırda Ermənistan əhalisinə qarşı indiki münasibəti də bizi buna əmin edir".


XƏBƏR LENTİ
Sabah hava buludlu olacaq
16-09-2019, 07:19

Sabah hava buludlu olacaq