Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
16 iyl 19:24 Oxunub: 30

Heydər Əliyev: Qüdrətli şəxsiyyət, görkəmli dövlət xadimi

Heydər Əliyev: Qüdrətli şəxsiyyət, görkəmli dövlət xadimi





















Müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun analizi daim diqqət mərkəzində olmalıdır. Çünki bu kurs çoxtərəfli, müasir tələblərə tam cavab verən və çevik manevrlər etməyə imkan yaradan mükəmməl idarəetmə sistemidir. İllər keçdikcə Heydər Əliyevin dövlət xadimi kimi Azərbaycanın müstəqilliyində və idarə edilməsinin demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür. Hər keçən gün bu siyasi kursun istənilən sürətlə dəyişən situasiyaya adaptasiya potensialının möhtəşəmliyini sübut edir. Təcrübə göstərir ki, ulu öndərin siyasi kursu XXI əsrin bütün sınaqlarından uğurla çıxmaqdadır. Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev konkret proqramlarla bu kursun çox böyük potensiala malik olduğunu və onun nəzəri aspekti ilə praktiki tətbiqi arasında sıx bağlılığın mövcudluğunu təsdiq edir. Bütövlükdə Heydər Əliyevin siyasi kursu haqqında çox yazmaq olar. Bu məqalədə biz yalnız bir sıra məqamlara qısa təhlili nəzər salmaq istərdik.
Hər zaman ehtiyac duyulan qüdrətli şəxsiyyət: Heydər Əliyev fenomeni və müstəqil Azərbaycan
Ulu öndər Heydər Əliyevin böyük siyasi və dövlət xadimi kimi fəaliyyəti uzun illərdir ki, müxtəlif aspektlərdən analiz edilir. Ancaq hər keçən gün bu prosesin davam etdirilməsi zərurətini bir daha qarşımıza qoyur. Bunun çox ciddi nəzəri və praktiki səbəbləri vardır. Çünki Heydər Əliyev o nadir şəxsiyyətlərdəndir ki, xalqın, dövlətin və cəmiyyətin ona hər zaman ehtiyacı vardır. Ümummilli lider ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl kursu ilə həmişəyaşardır. Heydər Əliyevin hər bir kəlməsinə ehtiyac vardır. Ulu öndərin başlıca əsəri müstəqil Azərbaycandır və nə qədər ki, bu dövlət yaşayır, Heydər Əliyev də yaşayacaq. Azərbaycanın müstəqilliyi əbədi olduğundan, ümummilli lider də əbədidir.

Doğrudan da, Heydər Əliyevin xilaskarlığı geniş mənanı əhatə edir. Burada ölkənin parçalanmadan, separatizmdən xilas edilməsi ilə mükəmməl dövlət quruculuğu kursunun reallaşdırılması vəhdət təşkil edir. Konkret ifadə etsək, Heydər Əliyev postsovet məkanında yeganə siyasi lider oldu ki, həm ölkəni məhv olmaqdan qoruya bildi, həm də buna paralel olaraq müstəqil dövlət quruculuğu kursunu davamlı olaraq reallaşdırdı.
Həmin dövrdə bu işi görmək olduqca çətin idi. Çünki daxildəki separatçıların fəalıyyətindən başqa, kənardan da çox güclü təzyiqlər mövcud idi. Eyni zamanda həm kənar təzyiqlərə sinə gərmək, həm daxildə separatçı qrupları neytrallaşdırmaq və dövlət quruculuğunu aparmaq fövqəladə iradə, uzaqgörənlik, siyasi təcrübə və iti zəka tələb edirdi. Heydər Əliyev müdrik siyasəti ilə bu vəzifənin öhdəsindən gəlmək naminə dövlət quruculuğu üçün vacib olan üç faktoru vahid sistemdə birləşdirə bildi. Bunlar güclü iqtisadiyyat yaratmaq, daxili sabitliyi təmin etmək və geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişməkdən ibarət idi.
Birinci faktor, yəni güclü iqtisadiyyatın yaradılması daxili sabitlik və uyğun geosiyasi mühit olmadan mümkün deyildi. Ulu öndər iqtisadi islahatları neft strategiyası ilə sıx bağlılıqda həyata keçirməyə başladı. Bununla həm iqtisadi potensialı gücləndirdi, həm də beynəlxalq aləmdən güclü dəstək aldı. "Əsrin müqaviləsi" bu prosesdə həlledici rol oynadı. 1995-1996-cı illərdə həmin siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət sabitləşdi, ölkə davamlı inkişaf xəttinə çıxdı. Sosial-iqtisadi islahatları yalnız bundan sonra sürətləndirmək olardı.
Heydər Əliyev şərti olaraq ikinci mərhələ adlandırdığımız dövrdə ustalıqla siyasi və iqtisadi islahatlar apardı. Bunun üçün ulu öndər strateji əhəmiyyətli sistemli addımlar atdı. Həmin sırada Heydər Əliyev çox ağıllı kadr siyasəti həyata keçirdi. Ümummilli lider gənc, enerjili, yüksək diplomatik hazırlığa malik İlham Əliyevi neft strategiyasının reallaşdırılması prosesinə cəlb etdi. Təcrübə göstərdi ki, bu, çox uğurlu bir addım oldu və Azərbaycan həmin istiqamətdə çox böyük uğurlar qazandı.
İqtisadiyyata yeni nəfəs verən digər faktları da göstərə bilərik. Bütün bu uğurlar Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu kursunu inkişaf etdirmək sayəsində mümkün olub. Bu barədə dəfələrlə fikir bildirən dövlət başçısı İlham Əliyev başlıca inkişaf xəttinin məhz ulu öndərin müəyyən etdiyi daxili və xarici siyasəti müasir tələblərə uyğun inkişaf etdirməkdən ibarət olduğunu ayrıca vurğulayıb. Bu xətt daxili və xarici siyasətin bütün sferalarında müşahidə edilir.
Burada onu da vurğulamaq tam yerinə düşərdi ki, müstəqil dövlət quruculuğu prosesində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyeva ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini aktiv dəstəkləyir. Ölkənin birinci xanımı Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə edir, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olur. Mehriban xanım Əliyevanın bu fəaliyyəti geniş ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
Daxili sabitliyin təmin edilməsində ulu öndərin azərbaycançılıq ideologiyasına yeni məzmun verməsi əhəmiyyətli rol oynadı. Azərbaycançılıq həm cəmiyyətdə münasibətlərin müasir dövrün tələblərinə uyğun tənzimlənməsinə, həm də müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsinə təkan verilməsinə böyük imkanlar yaratdı. Təcrübə bunu tam sübut etdi. Bizim üçün çox əhəmiyyətlidir ki, məhz Heydər Əliyevin bu ideoloji konseptə verdiyi yeni məzmun Prezident İlham Əliyevə azərbaycançılığı yeni səviyyəyə yüksəltməyə əsas yaratdı. Nəticədə, ulu öndərin siyasətinin davamı kimi İlham Əliyev iki mühüm proqramı dövlət səviyyəsində reallaşdırmağa başladı. Onlardan biri Azərbaycan cəmiyyətində multikultural dəyərlərin bərqərar olunması, digəri isə sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoq mexanizmlərinin və formatlarının hazırlanmasıdır.
Sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqun təşkili azərbaycançılıq ideologiyasında milli ilə beynəlmiləl olanın vəhdəti prinsipinə əsaslanır. XXI əsrin tələbləri fonunda bu, çox mühüm məqamdır. Çünki heç də müstəqilliyini əldə etmiş dövlətlərin hamısında milli ilə bəşərinin vəhdətini təmin edən səmərəli ideoloji prinsip yoxdur. Azərbaycançılıqda isə ulu öndərin nəzəri olaraq müəyyən etdiyi həmin prinsipin praktiki olaraq yüksək səmərə verdiyini Prezident İlham Əliyev tam sübuta yetirdi.

Azad Musayev
Qaradağ rayon ələt qəsəbə bələdiyyəsinin sədri


XƏBƏR LENTİ
Tanınmış alim vəfat edib
17-08-2019, 10:57

Tanınmış alim vəfat edib