Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
14 iyl 15:29 Oxunub: 10

Şəkidə yaralananlar arasında xarici vətəndaşlar da var - RƏSMİ

Şəkidə yaralananlar arasında xarici vətəndaşlar da var - RƏSMİ





















Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı ilkin açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu gün saat 12 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib.

Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.

İlkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Xəstəxanaya yerləşdirilən iki şəxsə görə paytaxtdan yüksək ixtisaslı mütəxəssislər çağırılıb.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə baş verən andan Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə doğru yola çıxıb.

Cəmiyyəti daha dəqiq məlumatlandırmaq məqsədilə az sonra hüquq-mühafizə orqanları ilə birgə ətraflı bəyanatın yayımlanması planlaşdırılır.


XƏBƏR LENTİ
HƏR  ZAMAN YAŞAR
Dünən, 11:14

HƏR ZAMAN YAŞAR

Milli iftixar mənbəyimiz
16-07-2019, 19:17

Milli iftixar mənbəyimiz

FENOMENAL ŞƏXSİYYƏT
16-07-2019, 19:08

FENOMENAL ŞƏXSİYYƏT