Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
12 iyl 19:43 Oxunub: 101

Səhiyyəmizin ulduzları

Səhiyyəmizin ulduzları





































Ən böyük xoşbəxtlik sağlamlıqdır.
Sağlam insanda düşüncələr, dərk etmiş, idrak, təfəkkür, dünyagörüş, düzgün formalaşmaqla sağlam mühit insanlara qarşı gözəl ünsiyyət yaranır. Sağlamlığın keçiyində duran müqəddəs, nəcib peşə sahibləri olan həkimlər bütün insanların sağlam həyat tərzi üçün vacib olanları ləyaqətlə yerinə yetirirlər. Şəxsiyyəti formalaşdıran cəmiyyətdə öz şagirdlərinə həyat qanunlarını öyrədən elm-təhsil yollarında bələdçilik edib həyata hazırlayan müəllimdirlər, müəllimlərin də sağlamlığını qoruyan həkimlərdir. Bu nəcib və şərəfli peşə sahiblərindən biri həkim Səfər Şabanov haqqında bildiklərimi yazmağı özümə mənəvi borc bilirəm.
Həkim Səfər Şabanov deyir: “Biz üç nəfərik – həkim, xəstə, xəstəlik”. əgər həkim xəstə ilə birləşsə xəstəliyə qalib gəlirlər, yox xəstə-xəstəliyiylə birləşsə onda həkim heç bir şey edə bilmir. Bəli xəstələrin psixoloji cəhətdən öyrənmiş, onlara tibbi xidmət göstərmək, xəstələrin diaqnozunu düzgün qoyuluşu və müalicəsini aparmaq həkim Səfər Şabanovda ən üstün cəhətindən biridir. Həkim S.Şabanovun həkimliyində əlavə yüksək səviyyəli, alicənablığı təmənnasızlığı və peşəsinin vurğunu olması xəstələr tərəfindən müsbət qəbul edilir. Nə yaxşı ki, səhiyyəmizdə belə həkimlərimiz vardır.
Həkim Səfər Şaban1974-cü ildə Azərbaycan Tibb İnstitututunun “Müalicə” fakültəsinin bitirmişdir. 1980-ci ildən Respublika Müharibə Veteranları Xəstəxanasında şöbə müdiri vəzifəsində işləyir. İşlədiyi müddətdə əsl həkimə xas olan xüsusiyyətlərini göstərməklə müalicə olan xəstəliyin dərin hörmətini qazanmışdır. Burada müalicə olunanlar həytatın sınağından çıxmış müdrik insanlardır.
Onu da qeyd edim ki, Respublika Müharibə Veteranları Xəstəxanasında çox gözəl psixoloji mühit formalaşmışdır. Bu da xəstəxananın baş həkimi Xuraman xanım Zamanova gərgin əməyindən xəbər verir. Xəstəxanada şəraitə uyğun xəstələrə lazımi təmənnasız tibbi xidmət göstərilir.
Mən şəxsən xəstəxanada olduğum müddətdə müalicə ilə yanaşı Səfər Şabanov kimi yüksək səviyyəli həkimin qayğısını heç vaxt unutmayacağam. Xəstəxananın baş həkimi Xuraman xanım Zamanova şöbə müdiri Səfər Şabanova xoş arzularımı bildirməklə bir də onlarla görüşmək arzusu ilə xəstəxanadan ayrılıram.
Hörmətlə bölgə müxbiri,
AJB-nin üzvü, əmək veteranı
Soltanağa Cəfərov

Səhiyyəmizin ulduzları


XƏBƏR LENTİ
Tanınmış alim vəfat edib
17-08-2019, 10:57

Tanınmış alim vəfat edib