Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
24 iyn 19:52 Oxunub: 70

Sabah tanınmış hüquq müdafiəçisi Elşad Həmidovun vaxtsız vəfatının ildönümüdür

Sabah tanınmış hüquq müdafiəçisi Elşad Həmidovun vaxtsız vəfatının ildönümüdür

Sabah tanınmış hüquq müdafiəçisi Elşad Həmidovun vaxtsız vəfatının ildönümüdür
Yaş mərasimi "Təzə Pir" məscid kompleksində keçiriləcək
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi naminə gördüyü böyük işlər danılmazdır. Mərhum Elçin Behbudovdan sonra, təşkilatın sədri seçilən Elşad Həmidovun rəhbərliyi dövründə də, komitənin fəaliyyətindəki nəzərə çarpan eyniməzmunlu işlərin sayı artıb. Resbuplikanın müxtəlif yerlərində işgəncələrlə bağlı təşkilatın keçirdiyi monitorinqlərin və bu barədə hazırladığı hesabatların Azərbaycan ictimai-siyasi mühitinə verdiyi xeyirlər də göz önündə olub. Bir il öncə, tanınmış bu hüquq müdafiəçisinin vaxtsız vəfatı da, ictimaiyyətin hədsiz təəssüfünə səbəb oldu. Xatırladırıq ki, sabah şəhər saatlarından mərhumun il mərasimi "Təzə Pir" məscid kompleksində keçiriləcək. Bu barədə, mərhumun bacısı, təşkilatın sədri vəzifəsini icra edən Gülnarə Həmidova atatv.az-ın redaksiyasına məlumat verib və yas mərasimində iştirak etmək istəyənləri "Təzə Pir"-ə dəvət edib.
Yeri gəlmişkən, bildirmək istəyirik ki, mərhum tanınmış hüquq müdafiəçisi Elşad Nəcməddin oğlu Həmidov 24 iyul 1967-ci il tarixində Bakı şəhərində dünyaya gəlib. 1991-ci ildə Plexanov adına Rusiya Dövlət İqtisad Universitetini İqtisadiyyatın Analizi ixtisası üzrə fərqlənmə ilə bitirib. Tanınmış bu elm ocağını bitirdikdən sonra, dövlət qulluğu olmaqla, ilk əmək fəaliyyətinə başlayıb.
Vəzifədə yüksəliş, rəhbər şəxslərin ixtisas dəyişməsi və ixtisas artırması məqsədilə, rəhbərlik tərəfindən Sank-Peterburq Dövlət Hüquq və Nəqliyyatda Prokurorluq Ali məktəbində təhsilini davam etdirməsi üçün göndərilib və həmin məktəbi də müvəffəqiyyətlə bitirib. Uzun illər Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. 2010-cu ildə Respublika Ağsaqqallar Şurasının mərhum sədri akademik Budaq Budaqovun dəvətilə, Şurada Baş hüquq-məsləhətçisi kimi çalışıb.
23 dekabr 2015-ci il tarixdən, 2007-ci ildən fəal üzvü olduğu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olub.
Ailəli olub, iki övladı ata yolunun layiqli davamçılarıdır.
Atatv.az saytının kollektivi, bir daha mərhum hüquq müdafiəçisinə Allahdan rəhmət diləyir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Atatv.az.

XƏBƏR LENTİ
HƏR  ZAMAN YAŞAR
Dünən, 11:14

HƏR ZAMAN YAŞAR

Milli iftixar mənbəyimiz
16-07-2019, 19:17

Milli iftixar mənbəyimiz

FENOMENAL ŞƏXSİYYƏT
16-07-2019, 19:08

FENOMENAL ŞƏXSİYYƏT