Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
14 iyn 14:08 Oxunub: 40

QURANİ KƏRİM ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏRGİSİ

QURANİ KƏRİM ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏRGİSİ


















Qurani Kərim milyard yarımdan çox insanın etiqad etdiyi islam dininin Müqəddəs Kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusu və mükəmməlidir. İlahi gözəlliyə malik olan bu əsər Ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanların qəlbinə hakim kəsilmiş, beyninə nüfuz etmişdir. Onun ilahi gözəlliyini təsdiq etməyə təkcə bu kifayətdir ki, ərəb dilini bilməyənlər belə onu dinləməkdən doymur, yorulmurlar.
Bu günlərdə Bakıda on ildən artıq bir müddət ərzində yaradılan və dünyanın hər tərəfindən Qurani Kərimin əlyazmalarını və əslini 200-dən artıq əldə edən bu mərkəz insanlara, İslam dinini sevənlərə göstərmişdir. Ən yaxşısı bu barədə mərkəzin əsas təşkilatçısı və yaradıcısı olan Həmayət xanımı dinləyək:
-Quran və digər müqəddəs kitablar Allah tərəfindən nazil edildiyi, yəni göydən yerə, peyğəmbərlərə endirildiyi üçün bu hadisəyə nazil olma deyilir. Vəhy isə Allahın istər müqəddəs kitablarını, istərsə də digər əmr və qadağanlarını Öz yaratdıqlarına, xüsusilə peyğəmbərlərinə nazil etmə, göndərmə qaydasıdır, açıqlamasıdır. Vəhyin əsas məqsədi insanı hidayət etmək, şəxsiyyəti kamilliyə, mənəvi tərəqqiyə doğru aparan yolu insana göstərməkdir.
İslam nöqteyi-nəzərindən bir müqəddəs kitabı başqa müqəddəs kitaba qarşı qoymaq düzgün deyildir. Quranda onun özündən başqa yalnız iki müqəddəs kitab - Tövrat və İncil öz xüsusi adları ilə zikr edilmişdir. Davud peyğəmbərə nazil edilmiş Zəbur, həmçinin İbrahim və Musa peyğəmbərlərə göndərilmiş səhifələr də Quranda konkret adları ilə göstərilmişdir.
Bizim mərkəzin əsas işi dünyanın harasında olursa olsun, Qurani Kərimi əldə etməkdən ibarətdir. Belə ki, indiyə kimi 200-dən artıq heç yerdə görülməyən müqəddəs kitabımız Qurani Kərimi toplayıb mərkəzimizdə saxlayırıq. Burada elə əlyazmalar var ki, onların heç tarixi belə bəlli deyil. 900-dən çox yaşı olan əlyazmalarımız bu günkü sərgidə nümayiş etdirilir. Üyni zamanda 200-250 illik əlyazmalarımız da bu gün sərgimizdə öz yerini tutub. Bilirsinizmi, on ilə yaxındır ki, bu işlə mərkəzimiz məşğul olur. Buna görə də yüzlərlə, minlərlə insanlarla ünsiyyətdə olmuşuq, onlarla müzakirələr etmişik. Bəzən onlardan nələrsə də əldə edə bilmişik. Məlum hadisələr zamanı yurdundan qovulanlar, qaşqınlar, didərginlər evlərindən çıxarkən heç bir şey götürməyə can atmamış, ancaq Qurani Kərimi götürmüşdürlər. İndi onlar da bu günkü sərgimizdə nümayiş etdilir. İnşallah bizim bu xeyir işimiz uzun müddət davam edəcək və öz bəhrəsini verəcəkdir.
Qurani Kərimin qorunub saxlanılması da möcüzədir. Quran on dörd əsr əvvəl nazil olmuş və bu günə qədər gəlib çatmışdır. Onu bu günümüzə qədər gətirib çıxaran bir tərəfdən, yazılı şəkildə olması, digər tərəfdən isə əzbərlənib hafizələrdə qalmasıdır. Həzrət Peyğəmbərə gəldiyi şəkillə bugünkü şəkli arasında ən kiçicik belə dəyişiklik yoxdur. Özündən sonra yeni bir ilahi kitab gəlməyəcəyinə görə son ilahi kitab olan Quran dünya durduqca pozulmaq və dəyişdirilməkdən hifz olunmalıdır.
Mərkəzin əməkdaşlarından biri olan Səbriyyə xanım Hüseynova isə sərgiyə gələnlərə məlumat verərək dedi:
-İslamın birinci və ən başlıca mənbəyi Qurandır. Bu dinin əsasları öz təcəssümünü Quranda tapmışdır. Quranın əqidə, ibadətlər, əxlaq və şəriət məsələləri ilə bağlı hökmləri müsəlmanların din və dünya işlərini tənzim edir.
Quranın məna yüklü vahidi, bitmiş bir fikri ayə adlanır. Ayə bir və ya bir neçə kəlmədən, bir və ya bir neçə cümlədən ibarət olur. Ayələr nazil edildikcə bunları həzrət Peyğəmbər əzbərləmiş, sonra isə səhabələrindən bir çoxuna əzbərlətmiş, bu arada vəhyi yazmaqla məşğul olan vəhy katiblərinə də yazdırmışdır.
Peyğəmbər vəhy almağa başladığı vaxtdan etibarən 12 il 5 ay 13 gün Quranı Məkkədə təbliğ etmiş, sonra Mədinəyə hicrət etmiş və 9 il 9 ay 9 gün orada müsəlman icmasının quruculuq işləri ilə məşğul olmuşdur. Ona Məkkədə nazil olmuş ayələr Məkkə ayələri, Mədinədə nazil olmuş ayələr isə Mədinə ayələri adını almışdır. Məkkə və Mədinə dövrlərində bu şəhərlərdən kənarda nazil olan ayələr belə həmin şəhərlərin adları ilə tanınmışdır. Quranda hər bir surənin başında onun Məkkədə, yaxud Mədinədə nazil olduğu və ayələrinin sayı göstərilir.
Qurani-Kərim hələ həzrət Peyğəmbərin sağlığında tam şəkildə yığılmış bir kitab halına gətirilməmişdi. Buna imkan da yox idi, çünki həzrət Peyğəmbərin yaşadığı müddətdə vəhy davam etməkdə idi.
Həzrət Peyğəmbər vəfat edəndən sonra, səhabələri arasında Quranı əzbər bilənlər azalmağa başlayanda Qurani-Kərimin qismən və ya tamamilə yox olması qorxusu yarandı. Həzrət Əbu Bəkrin xəlifəliyi dövründə həzrət Ömərin israrlı təkidi ilə səhabələrin ən yaxşı Quran oxuyanlarından, vəhy yazanlarından olan Zeyd ibn Sabitə Quranı başdan-başa bir kitab halında toplamaq vəzifəsi tapşırıldı. Zeyd də iki şahidin köməkliyi ilə əzbərlənmiş və yazılmış mətnləri toplayıb nəzərdən keçirtdi, sıraladı və təxminən bir illik cidd-cəhddən sonra Qurani-Kərimin mətni bugünkü şəkildə tərtib edildi.
Allahın Quranı hifz etmək yollarından biri də bəndələrinə onu əzbərləmək bacarığını verməsidir. Həqiqətən, böyüklü-kiçikli əksər adamlar mənasını dərk edər-etməz Quranı bütünlüklə səhvsiz və qüsursuz əzbərləmiş və zaman-zaman təkrar etməklə ömür boyu unutmamışlar. Bu da Quranın möcüzəliliyini sübut edən xüsusiyyətlərdən biridir.
Quran islamın təməl kitabı, islam da bəşəriyyətin son dinidir. Bu etibarla, Quran bəşəriyyətin bütün ehtiyaclarını istər fərdi, istərsə də ümumi şəkildə qiyamətə qədər ödəyəcək əsasları əhatə edir.
Qurani-Kərim etiqadi hökmlərlə insanın ağlını, əməli hökmlərlə insanın davranışını, əxlaqi hökmlərlə də insanın könlünü və ruhunu tərbiyə edib yetişdirmək məqsədi daşıyır.
Hər kəs Qurani-Kərimin mənasını ərəbcə əslindən araşdırıb öyrənmək imkanına malik olmadığına görə din mütəxəssisləri Quranı öz dillərinə çevirməlidirlər. Bu ən ümdə dini vəzifədir. Bu edilməzsə, Quran və Allah qarşısında ən mühüm vəzifə yerinə yetirilməmiş olar.
Türk xalqları İslamı qəbul etdikdən qısa bir müddət sonra Quranı türkcəyə çevirmişlər. Qurani-Kərim Azərbaycan dilinə orta əsrlərdən etibarən tərcümə edilməyə başlamışdır. Bu tərcümələr əlyazması şəklində mövcuddur. Bakı qazısı Mir Məhəmməd Kərim ağanın 1904-1906-cı illərdə nəşr olunmuş “Kəşf əl-həqaiq” adlı təfsir-tərcüməsi, Şeyxülislam Məhəmməd Həsən Mollazadə Şəkəvinin 1908-ci ildə hazırladığı “Kitab əl-bəyan fi təfsir əl-Quran” adlı təfsir-tərcüməsi sanballı əsərlərdir. Quranın Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən 1991-ci ildə Azərbaycan dilinə edilmiş tərcüməsi müasir dövrdə ən mükəmməl tərcümələrdən sayılır.
Qeyri-müsəlman millətləri də Quranı öz dillərinə çevirmişlər. Bu gün yer üzündə Quranın tərcümə edilmədiyi dil, demək olar ki, qalmamışdır.

QURANİ KƏRİM ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏRGİSİ
QURANİ KƏRİM ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏRGİSİ
QURANİ KƏRİM ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏRGİSİ
QURANİ KƏRİM ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏRGİSİ
QURANİ KƏRİM ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏRGİSİ
QURANİ KƏRİM ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏRGİSİ


XƏBƏR LENTİ
Bakıdakı yanğından
Dünən, 11:31

Bakıdakı yanğından

İstanbul seçimini etdi
Dünən, 10:50

İstanbul seçimini etdi