Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
10 iyn 17:40 Oxunub: 56

ÇİNGİZ XƏLƏCLİ

ÇİNGİZ XƏLƏCLİ































SUMQAYIT

Elin didərgin çağında,
Yuva qurduq qucağında.
Qızındıq od-ocağında,
Sumqayıtım, Sumqayıtım.

Qeyrətinə əhsən dedik,
Bizə arxa tək sən dedik.
Qayğımızı çək sən dedik,
Sumqayıtım, Sumqayıtım.

Sən gəncliyin əməlisən,
Xoşbəxtliyin təməlisən,
Haqq sözünü deməlisən,
Sumqayıtım, Sumqayıtım.

Başımıza uca tacdın,
Dərdimizə qucaq açdın,
Yolumuza işıq saçdın,
Sumqayıtım, Sumqayıtım.

AY VƏTƏN TORPAĞI, ANA QUCAĞI

Çiçəkli, çəmənli, bağçalı, bağlı,
Meh əsən dağları, sərin yaylaqlı.
Qonaqlı-qaralı, min bir soraqlı,
Ay vətən torpağı, ana qucağı.

Sənə xain çıxan, kam ala bilməz,
Yurdum oğuz yurdu, “haylaya” bilməz.
Səndən bir kimsəyə pay ola bilməz,
Ay vətən torpağı, ana qucağı.

Qaraca neftimiz daş-qaşın sənin,
Dünyaya səs salsın barın-bəhərin.
Azad taleyinə doğsun səhərin,
Ay vətən torpağı, ana qucağı.

Arzun qönçələnib gül açar sənin,
Hər körpən qayğıyla dil açır sənin,
Dərd, kədər sinəndən gen qaçır sənin,
Ay vətən torpağı, ana qucağı.


RÜBAİLƏR

Haqqını nahaqqa vermə heç zaman,
Düz olub əyriyə yol göstər hər an,
Inan yaxşılara dayaqdı onlar,
Yaxşılar qalacaq dünyada inan.

Alışan ocaqlar gözündən yanar,
Alimin hikməti əsri dolanar,
Qoru müdrikləri mayaqdı onlar,
Cahildən, nadandan kənar ol, kənar.

Baş-başa yaşayır xeyir ilə şər,
Sirlərlə doludur yaranan bəşər,
Ayıqdı, sayıqdı, oyaqdı onlar,
Dünyanın sirrini açar dahilər.

Kimdir bu dünyanı tutub yaşayan?
Ey fil qulağında yatan kəs, oyan!
Qiyamət deyilən bir gün var, an var,
Oyan, haqqa tapın, əl saxla dayan!
AĞA ÇAYIM

Loğman idin, xəstəsini,
Saxlayanım, Ağa çayım.
Biri səhər mehi ilə,
Yoxlayanım, Ağa çayım.

Dağ-daşımın güc səsiydin,
Yurd-yuvamın nəfəsiydin,
Könlümüzün həvəsiydin,
Çağlayanım, Ağa çayım.

Tənha qaldım, düşdüm dara,
Gülən baxtım oldu qara.
Mənim kümi qəmdən yara
Bağlayanım Ağa çayım.

Ətrafından çəkilmişik,
Yoxluğuna bükülmüşük,
Daha sənsiz biz “ölmüşük”,
Ağlayanım Ağa çayım.

AĞLARAM

Getdi əldən xoş günlərim,
Haldan-hala salar məni bu dövran,
Yurd həsrəti yaddan çıxmır heç zaman,
Dolar gözüm, qəhərlənib ağlaram.

Demə mənə daşa dönüb ürəyin,
Daşlaşıbdır hər bir arzum, diləyim,
Qürbət yerdə daşdan çıxır çörəyim,
Qaysaqlayıb yaram üstə bil yaram,
Dolar gözüm, qəhərlənib ağlaram.
Yağmaladı torpağımı o yağı,
Yurddu yurdda el-obanın çırağı,
Isidərmi məni özgə ocağı,
Dərd güc gələr qəmdən zinhar bağlaram,
Dolar gözüm, qəhərlənib ağlaram.

Mən Çingizəm hər bir dərdə ortağam,
Dərd əlindən alovlanan çırağam,
Tufan vurmuş, boran görmüş bir dağam,
Daşa dönən ürəkləri dağlaram,
Dolar gözüm, qəhərlənib ağlaram.



XƏBƏR LENTİ
Bakıdakı yanğından
Dünən, 11:31

Bakıdakı yanğından

İstanbul seçimini etdi
Dünən, 10:50

İstanbul seçimini etdi