Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
24 may 13:17 Oxunub: 107

Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı

Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı


















Bu ilin üç ayında əcnəbilərlə nikah bağlayan azərbaycanlıların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 13191 nikaha daxil olma halı qeydə alınıb.

Onlardan 252-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb.

205-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahdır.

Qeyd edək ki, 2018-ci ildə 2256 Azərbaycan vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu rəqəm 2017-ci ildə 2429 olub.

Statistikaya görə, son beş il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləniblər.

Ötən illər ərzində az sayda olsa da, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar da var.

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər, əsasən, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Eyni zamanda, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149 nikahın pozulması halı qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195 olub.


XƏBƏR LENTİ
Bakıdakı yanğından
Dünən, 11:31

Bakıdakı yanğından

İstanbul seçimini etdi
Dünən, 10:50

İstanbul seçimini etdi