Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
12 yan 17:32 Oxunub: 490

Ömürünü təhsilə həsr edən pedaqoq

Ömürünü təhsilə həsr edən pedaqoq






































Laçın rayonu 10 nömrəli tam orta məktəbdə əsl təhsil ab-havası var.
Təhsil elə bir sahədir ki, hər bir ailəyə aidiyyatı var. Bəlkə elə buna görədir ki, elə ən çox tənqid olunan sahə də təhsildir. Çünki təhsil hər an gözümüzün önündədir.
Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.
(Bir tanış valideyinin dedikləri)
“Mənə görə, indi məktəb seçimi ən çətin məsələlərdəndir. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Bakıda bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Ancaq mən seçimimi etmişəm. Övladlarım 10 nömrəli tam orta məktəbə təhsil alırlar. Tam əminliklə deyə bilərəm ki, orada təhsilin keyfiyyətindən tutmuş, tədris, təlim-tərbiyə, müəllimlərin ciddi tələbkarlığı, onların şagirdlərə yanaşmasına qədər hər şey yüksək səviyyədədir. Şəxsən bu göstəricilər məni qane edir. İndi valideynlərin ən çox şıkayətləndiyi məsələ uşaqların məcburən dərs oxumasıdır. Bu məktəbdə isə təhsil alan şagirdlərə bunun üçün heç bir məcburi üsul tətbiq edilmir. Məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün dost-tanışların fikirlərinə rəğmən onu deyə bilərəm ki, mən uşaqlarımın təhsil aldığı yerdən çox məmnunam. Bu məsələdə Laçın rayonu 10 nömrəli məktəbin direktoru Gülşən Tağıyevanın böyük əməyi var. Buna görə Gülşən müəllimə ancaq və ancaq təşəkkür edirəm. Orada əsl təhsil ab-havası var. Və övladlarının təhsilindən narazı olan dostlara Laçın rayonu 10 nömrəli tam orta məktəbi tövsiyə edirəm”.
Laşın rayonunda qabaqcıl və nümunəvi təhsil ocaqları çoxdur. Sevindirici haldır ki, onların sırasında 10 nömrəli tam orta məktəb birincilərdən sayılır. Bu ümumtəhsil müəssisəsi sözün həqiqi mənasında Laçın uğurları ilə öyünən təhsil ocaqlarındandır. Burada təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz şagirdlərindən əsirgəmirlər.
Məktəb çox səliqəlidir. Sinif otaqları təzə parta, stol və stullarla, dərs ləvazimatı ilə təchiz olunub. Otaqlarda hər bir fənnə aid lövhələr asılıb. Ümumi zalın divarında isə milli qəhrəmanlarımızın portretləri, "20 Yanvar", Xocalı faciəsi ilə bağlı fotolar asılıb. Yeni dərs ili ilə əlaqədar həmin məktəbdə olduq. Bir jurnalist kimi həmin məktəbin qayğıları, sosial problemləri ilə maraqlandıq. Artıq şagirdlərin yeni dərs ili başlayıb. Bir qrup valideynin dediyinə görə, Güləşən müəllimə nə qədər mehriban, səmimi görunsə də, bir o qədər də ciddidir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, olduqca tələbkardır. Ona görə də məktəbdə nizam-intizam yüksəkdir.
Ömrünü şam kimi əridən təcrübəli pedaqoq Gülşən Tağıyevayla həmsöhbət olanda, O, belə deyir: "Müəllimlik elə gözəl bir peşədir ki, bu peşəni seçən insan hökmən müəllim doğulmalıdır. Bu Allah tərəfindən insana verilən bir fitri istedaddır. Diplom heç vaxt insanı müəllim etmir".
O, bizi təhsil ocağı ilə tanış edərək dedi: "Məktəbimizdə adətən şagirdlərin davamiyyəti yüksəkdir. İcazəsiz dərsdən qalmaq və gecikmə hallarına yol verilmir. Dərslərinə zəif hazırlaşan şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirir və bu haqda onlara məlumat veririk. Fənn müəllimlərimizin və valideynlərin köməyi ilə yaxşı oxuyan və əlaçı şagirdlər daha çoxdur. Hər il olduğu kimi, bu il də məzunlarımız yüksək balla ali təhsil ocaqlarına qəbul olunub. Məktəbimiz ali məktəblərə qəbulolunma göstəricilərinə görə ön sıralardadır. Qazandıgımız bu yüksək nəticə müəllim və şagird kollektivini daha da ruhlandıraraq dərsin keyfiyyətinə, şagirdlərin biliklərinin artırılmasına müsbət təsirini göstərib. Onu da qeyd edim ki, bu il qəbul fəaliyyətimiz yüksək olub. Məzunlarımız Azərbaycanın və dünyanın bir cox ali təhsil müəssisələrinə qəbul olublar. Sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən 2018-2019-cu tədris ili təhsildə "Keyfiyyət ili" elan edilib. Biz də bu il fəaliyyətimizi daha da genişləndirməyi, daha böyük ugurlara imza atmagı qarşımıza məqsəd qoymuşuq".
Bəli, ömrünü balalarımızın işıqlı sabahı yolunda şam kimi əridən təcrübəli pedaqoq Gülşən Tağıyeva xərclədiyi bu illərdə təkcə müəllim kollektivinin deyil, eyni zamanda şagirdlərə ana şəfqəti, səmimiyyəti, əsl müəllim qayğısı göstərdiyinə görə onların əzizinə, doğmasına çevrilmişdir. Onun gərgin fəaliyyəti geniş və ürəkaçandır.
Bütün bunların bariz nümunəsi təcrübəli pedaqoq Tərəqqi medalın mükafatçısıdır Gülşən Tağıyeva direktoru olduğu 10 nömrəli orta məktəbin timsalında gördüm. Bu fikirləri ifadə etməkdə məqsədim budur ki, qoy təhsil sahəsində çalışanların hər biri Laçın rayonu 10 nömrəli tam orta məktəbin uğurlarından xəbərdar olsun. Mən də məktəbin bütün kollektivinə, müəllim kontingentinə cansağlığı və uğurlar arzulayıram!

Uluses.com.Az


XƏBƏR LENTİ
Bakıda Qədr gecəsi
25-05-2019, 11:01

Bakıda Qədr gecəsi

QƏDR GECƏSİ
24-05-2019, 13:41

QƏDR GECƏSİ

Rusiyada Damla üçün izdiham
24-05-2019, 13:35

Rusiyada Damla üçün izdiham