Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
11 yan 09:39 Oxunub: 397

Toydan qayıdan iki dost körpüdən yıxıldı: biri öldü, digəri yaralandı

Toydan qayıdan iki dost körpüdən yıxıldı: biri öldü, digəri yaralandı





















Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Uluses.com.Az “Report”a istinadən xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya aparılsa da, onlardan biri - R. Mehdixanov ölüb, digər şəxs isə ağır vəziyyətdə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
Zakir Qaralovdan yeni təyinat
13-10-2019, 07:34

Zakir Qaralovdan yeni təyinat

Yenə qaz olmayacaq
12-10-2019, 07:00

Yenə qaz olmayacaq