Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
30 yan 10:40 Oxunub: 1 455

Uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir

Uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir
























Ömrünü, bütün həyatını sabahımız olan fidanların təlim-tərbiyəsinə həsr edən bir pedaqoq
Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunmuşdur.
Viktor Hüqo demişdir: “Mən dünyada körpə qığıltısından əzəmətli himn görmədim”. Doğrudan da hər evin, hər ailənin bəzəyi, yaraşığıdır uşaqlar. Uşaqlar həm də bir dövlətin, bir millətin sabahı, gələcəyidir.
Bu doğma hisslərin, fikirlərin təsiri altında yolumuzu Sabunçu rayon 191 saylı körpələr evi-uşaq bağçasından saldıq. Bu məktəbəqədər təhsil müəssisəsinə işinə vicdanla yanaşan Gülnaz Əkbərova rəhbərlik edir.
Gülnaz xanım qayğıkeşliyi, zəhmətsevərliyi ilə kollektivin və valideynlərin etimadını qazanıb. Onun rəhbərliyi ilə bağçada möhkəm qayda-qanun hökm sürür, nizam-intizama ciddi riayət olunur. Burada səliqə-sahman, gigiyena baxımından da hər şey öz qaydasındadır. Bütün bunların nəticəsidir ki, kollektiv az bir müddət ərzində valideynlərin hörmətini qazanmışdır.
Bağça digər təhsil müəssisələri kimi, yeni islahatlara uyğun yeni metodlarla işləyir.
Uşaqlar arasında diqqət, hafizə, düşüncə, riyazi təfəkkür, nitqin inkişafı ilə bağlı testlər aparılır, onların intellektual səviyyəsinin yüksəlməsi daim diqqət mərkəzində saxlanılır. Balacalara rəsm, əmək, riyaziyyat, ətraf mühitlə tanışlıq, musiqi kimi fənlərin ilkin əsasları böyük həvəslə öyrədilir.
Müəllim və uşaqların əl işlərini əks etdirən müxtəlif əşyalardan, çınqıllardan hazırlanmış rəngarəng çiçək buketləri bağçanın divarlarını bəzəyir. Dəniz və səmanı xatırladan, mavi çalarları ilə otağın interyerini tamamlayan rəngli əşyalar musiqi otağına xüsusi yaraşıq verir. Burada müxtəlif oyun guşələri vardır. Artıq kiçik yaşlarından balacalar inşaat alətləri, tərəzi və oyuncaqlardan necə istifadə etməyi, yol hərəkəti qaydalarını öyrənirlər.
Fürsətdən istifadə edərək Gülnaz xanımın fikirlərini öyrənmək istədik. O dedi: “Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda hökumətin sosial siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Son illərdə uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm, məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Respublika Prezidenti cənab İlham Əliyev və vitce prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində balaca fidanların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.
Gördüyünüz bütün müsbət hallar təbii ki, dövlətimizin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Müəssisəmizdə tibb otağında müntəzəm olaraq balacaların sağlamlığı yoxlanılır, profilaktiki tədbirlər görülür. Burada valideyn komitəsi fəaliyyət göstərir. Valideynlərlə müntəzəm görüşlər keçirilir. Qarabağ dərdi hər birimizin yaralı yeridir. Çox istərdik ki, “qaçqın”, “köçkün”, “didərgin” məfhumları bir daha işlənilməsin, körpələr doğma torpaqda özlərini qərib hiss etməsinlər. Bütün bu arzulara çatmaq üçün bu gün balaca fidanlarımızın sağlam, firavan böyüməsi, milli ruhda tərbiyə olunması vacib şərtlərdən biridir”.
Bəli, Gülnaz xanımın sözlərində böyük həqiqət var. Bu, ömrünü, bütün həyatını sabahımız olan fidanların təlim-tərbiyəsinə həsr edən bir pedaqoqun, təcrübəli bir insanın, bacarıqlı bir təşkilatçının fikirləridir. Şərəfli peşə sahibinə, onun kollektivinə biz də uğurlar arzulayırıq.

Şamil


XƏBƏR LENTİ
Bakıda Qədr gecəsi
25-05-2019, 11:01

Bakıda Qədr gecəsi

QƏDR GECƏSİ
24-05-2019, 13:41

QƏDR GECƏSİ

Rusiyada Damla üçün izdiham
24-05-2019, 13:35

Rusiyada Damla üçün izdiham