Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
09 yan 19:14 Oxunub: 446

KEÇMİSDƏN YADDA QALANLAR

KEÇMİSDƏN YADDA QALANLAR
















































Bir zamanların keçmişi dediyimiz günləri bu gün sözün həqiqi mənasında axtarırıq, arayırıq. Vaxt vardı ki, insanlar bir-biri ilə əlaqə saxlamaq üçün məktublardan istifadə edirdilər. Həarətlə də məktub yolu gözləyərdilər. Bu gün isə...
Bu barədə Bakı şəhəri 1 saylı poçt filialının 14 saylı poçt şöbəsinin rəisi Zülfinaz Abbasquliyeva danışdı:
-Bəli, nə danaq, bu həqiqətən də belə idi. Hər kəs məktub sorağında idi. Hamımız oturub uzaqda olan yaxınlarımıza məktub yazardıq, məktub yolu gözləyərdik. Bu gün isə məktub yazan ya azdır, ya da heç yoxdur. Dünyanın o biri başıyla da iki dəqiqəı ərzində əlaqə saxlanılır, hal-əhval tutulur. Düzdür, bu daha yaxşıdır, hər an istədiyin adamla əlaqə saxlaya bilirsən, danışa bilirsən. Ancaq məktub yazmağın özü başqa bir aləm idi. Hər kəs oturub yzardı. Yolunu səbirsizliklə gözlədikləri məktubları ünvanlarına çatdırmaq isə biz poçt işçilərinin üzərinə düşürdü. Onları belə bir xəbərlə sevindirməyin də başqa bir ləzzəti vardı. Bu gün isə heç məktub yolu gözləyən melə yoxdur.
2003-cü ildən yuxarıda qeyd etdim poçtda rəis vəzifəsində çalışıram. Düzdür poçt işçiləri xəbərləri birinci alır və elə ünvanlarına da birinci çatdırırlar. Bu gün bizim işimiz ancaq kommunal xərclərin yığılmasıyla bağlıdır. Vaxt vardı ki, poçtda hardan baxsan 20-30 nəfər poştalyon işləyirdi. Çünki qəzetlərə abunə yazılanlar da çox idi. Qəzetlər hər gün ünvanlarına çatdırılardı. Bu gün bu barədə də sükutdur. Beş-sltı nəfər poştalyon var ki, onlar da iki-üç rəsmi qəzetləri ünvanlarına çatdırırlar. İndi burdan dönüb keçmişə baxaq. Vaxt vardı ki, hər oturacaqda bir-iki nəfər oturardı ki, onların da əllərində müxtəlif qəzetlər, oxuyardılar. Avtobusda, trolleybusda qəzet oxuyanlar da son dərəcə çox idi. İndi metroya girirsən hər kəsin əlində bir telefon, avtobusda da vəziyyət eynidir. Hər kəs bu gün telefonla danışır, ondan informasiyaları alırlar. Bunun da təbii ki, nə qədər müsbət tərəfi varsa, bir o qədər də mənfi tərəfi vardır. Yox, elə bilməyin ki, mən texnologoyanın əleyhinəyəm, qətiyyən yox. Ancaq belə də olmaz axı, məktəblərdə hər şeyi internetlə öyrədirlər. Bunun kimə xeyri var ki və ya nə xeyri ola bilər? Bu gün əksər şagird inşa yaza bilmir, bunun da nəticəsi göz qabağındadır. Düzdür, yeni texnologiyanın xeyri də son dərəcə çoxdur. Hardan istəsək 5-20 dəqiqəyə məlumat əldə edə bilərik. Ancaq yenə də keçmiş dövrü arzulayırıq.
Bəli, poçt işçiləri bu gün keçmiş günlərin həsrətini çəkirlər. Elə biz də keçmişi arzulayırıq. Arzu edirik ki, ötən günlərdə necə qəzetlər əl-əl gəzirdisə, bu gün də elə bir vəziyyət baş versin. İnşallah.

Bizdə Uluses.com.Az xəbər portalının kolektivi olaraq, öz növbəmizdə Bakı şəhəri 1 saylı poçt filialının 14 saylı poçt şöbəsinin rəisi Zülfinaz Abbasquliyevaya və poçt şöbəsində çalışan kolektivinə uğurlar arzulayırıq.

Uluses.com.Az


XƏBƏR LENTİ
Bakıda Qədr gecəsi
25-05-2019, 11:01

Bakıda Qədr gecəsi

QƏDR GECƏSİ
24-05-2019, 13:41

QƏDR GECƏSİ

Rusiyada Damla üçün izdiham
24-05-2019, 13:35

Rusiyada Damla üçün izdiham