Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
29 dek 18:27 Oxunub: 1 798

ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN

ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN





































Qısa tanışlıq: Vəliyev Zahid Qurban oğlu 1963-cü ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olmuşdur. İbtidai sinfə doğma kəndlərində qədəm qoysa da, orta təhsini Gədəbəy rayonunun Saratovka kəndində tamamlamışdır. 1985-ci ildə Ukraynanın Paltava şəhərində tibb instituna qəbul olunub 1991-ci ildə həmin institutu bitirib. Əslində həkimin fikri orda qalıb işləmək olsa da, vətənimizdə başlayan qanunsuz müharibə səbəbindən dolayı vətənə qayıdır. Sumqayıt şəhəri 2 saylı xəstəxanada əvvəlcə cərrah, sonra isə şöbə müdiri kimi fəaliyyətə çaşlayır. Qarabağ müharibəsində yaralanan əsgərlərimizi müalicə edir.
2013-cü ildə şəxsi klinikasını yaradaraq Qəlb adını verir və baş həkim kimi fəaliyyətə başlayır. Həkim -ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insanlardan biridir.
Bu günlərdə yolum Qəlb klinikasına düşmüşdü. Əslində mənə daim yaxın olan şəxsiyyətinə böyük hörmət etdiyim həmkarım Abdulhüseyn müəllim “Qəlb” klinikasında əməliyyat olunurdu. Mən də onu ziyarətə getmişdim. Xəstəxana personalının səmimiyyəti, mehriban münasibəti məni sevindirdi. Xəstəxananın baş həkimi Zahid həkimlə qısa ayaqüstü bir söhbət etdik. Həkimin dediklərindən:
-Qədimdən həkim andı kimi məlum olan "Hippokrat andı" bu gün də biz həkimlərin müqəddəs andı sayılır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir. Həkim, sənətinizin ağır və məsuliyyətli olduğunu hamımız yaxşı bilirik. İlk əvvəl qeyd etməliyəm ki, hansısa peşədə uğur qazanmaq üçün mütləq gördüyün işin aşıqı olmalısan. Yalnız belə olduğu təqdirdə biz uğurlu və güclü bir peşəkar ola bilərik.
Həkimlik son dərəcə çətin və vacib peşədir. Əlbəttə, peşənin vacibi və ya qeyri vacibi olmur…
Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır. Əlbəttə, bu prosesdə həkimlər təmanna umurlar, ummalıdırlar. Lakin, həkimlikdə özündə mütləq sosial məsuliyyətləri birləşdirməlidir. Mütləq hansısa xəstə ödənişsiz və ya çox minimal ödənişli olmalıdır. Həkimlikdə əsas hədəf xəstə sağlam vəziyyətə gətirmək olmalıdır… Əlbəttə, bu gün bəzi “həkimlər” bu peşəni “qəssablıq”la eyni edib, amma düşünürəm ki, zaman keçdikcə bu məsələ tamamiylə öz həllini tapacaq. Yaxşı həkimlərə hörmətlə yanaşılacaqdır.
Məşhur rus yazıçısı, həkim A.P. Çexov həkimlik haqqında demişdir: “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir.Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”. Bu, həqiqətən də belədir.
“Qəlb” klinikası yarandığı gündən ta bu günə kimi insanların sağlamlığına xüsusi diqqət yetirir, hər bir xəstəyə diaqnoz qoyarkən necə deyərlər, yüz ölçüb, bir biçirik. Bəlkə ona görədə bu gün klinikamız başqa klinikalardan fərqlənir. Klinikada çalışan bacarıqlı, savadlı həkimlərimiz çoxdur. Onlar bütün bacarıqlarını insanların sağlamlığına həsr edirlər. Buna görə də klinikamız dəfələrlə insanlar tərəfindən, əlaqədar təşkilatlar tərəfindən təşəkkürə və minnətdarlığa layiq görülübdür.
Qəlb klinikası bu gün biz çox xəstəliklərin müalicəsini aparır. Xəstələrin sağlamlığı keşiyində ürəklə dururuq. Bizim əsas vəzifəmiz xalqımıza layiqincə xidmət etməkdir. Klinikamız 2013-cü ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb, müasir avadanlıqlarla təchiz olunmuş, 2-reanimasiya şöbəsi, 10-ədəd ümumi stasionar palatadan, 20 çarpayısı olan və yüksək ixtisaslı həkimlərin çalışdığı 4 mərtəbəli klinikadır. Klinikamız çoxprofillidir, pasientlərimizə stasionar xidmət də göstərilir. Laporaskopik üsul və endoskopik cihazlar vasitəsi ilə müxtəlif əməliyyatlar icra olunur. Bu və digər sahələrdə ən müasir müalicə standartlarını klinikamızda həyata keçirirık. Tibbi cihazlarımızı dünyaca məhşur firmalardan almışıq. Bu gün klinikamızda müasir avadanlıqlar mövcuddur. Düzdür, bu gün problemlərimiz də yox deyildir. Kalin onların öhdəsindən də layiqincə gəlməyə çalışırıq. Buna da müəyyən mənada nail oluruq. Bir də ki, insanların sağlamlığının keşiyində duran həkimlərin qaeşısını nə kəsə bilər ki! (zarafatla gülür).
Həkim Zahid Vəliyev sözün əsl mənasında yaxşı müsahibdir. Onunla hər sahədə danışmaq və mübahisə etmək mümkündür. O, həm söhbətcil və eyni zamanda sözün həqiqi mənasında yaxşı həkimdir.
Klinikada əməliyyat olunan həmkarım Abdulhüseyn müəllim deyilənləri təsdiqlədi. Abdulhüseyn müəllim həkimin şəfalı əllərindən danışdı, Ona necə mehriban münasibət bəslədiyini, onunla necə yaxından maraqlandığını dedi. Həkimin daim şəfalı əllərinin var olmasını arzuladı.
Biz də öz növbəmizdə həkimə “Şəfalı əllərin daim var olsun, həkim!” deyirik.


Hazırladı:
Şamil Məmmədəlioğlu


ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN
ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN
ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN
ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN
ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN
ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN
ŞƏFALI ƏLLƏRİN DAİM VAR OLSUN


XƏBƏR LENTİ
Bakıda Qədr gecəsi
25-05-2019, 11:01

Bakıda Qədr gecəsi

QƏDR GECƏSİ
24-05-2019, 13:41

QƏDR GECƏSİ

Rusiyada Damla üçün izdiham
24-05-2019, 13:35

Rusiyada Damla üçün izdiham