Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
07 may 08:37 Oxunub: 234

“Barselona” – “Real” oyununda dörd qol

“Barselona” – “Real” oyununda dörd qol




















İspaniya çempionatının XXXVI turunda “Barselona” və “Real” komandaları bərabərliyə qalıblar.

“EL Klassiko” bazar günü, mayın 6-da “Kamp Nou” stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

Hesabı 10-cu dəqiqədə kataloniyalıların hücumçusu Luis Suares açıb.

Dörd dəqiqə sonra Kriştianu Ronaldu oyunda tarazlığı bərpa edib.

52-ci dəqiqədə “Barselona”nın lideri Lionel Messi yenidən komandasını hesabda irəli çıxarıb.

Oyunda son hesabı isə 72-ci dəqiqədə kral klubunun hücumçusu Qaret Beyl müəyyənləşdirib.

Ernesto Valverdenin yetirmələri 45-ci dəqiqədən etibarən Serxi Robertonun qırımızı vərəq ilə cəzalandırılmasından sonra azlıqda qalıblar.

35 turdan sonra “Barselona” 87 xalla turnir cədvəlinə başçılıq edir. “Real” 72 xalla üçüncüdür.


XƏBƏR LENTİ
TƏBRİK EDİRİK!!!
7-11-2019, 20:05

TƏBRİK EDİRİK!!!

Çəkilişlər 8 saat olacaq
7-11-2019, 10:07

Çəkilişlər 8 saat olacaq