Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
12 mar 19:42 Oxunub: 1 456

Azərbaycanda səhiyyə sahəsində ilbəil inkişaf özünü göstərir. Bunu “ANAY-M” tibb mərkəzinin timsalında hissə etmək olar

Azərbaycanda səhiyyə sahəsində ilbəil inkişaf özünü göstərir. Bunu “ANAY-M” tibb mərkəzinin timsalında hissə etmək olar






































Ölkə başçısı cənab İlham Əliyevin apardığı sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində səhiyyənin inkişafı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin həcmi və keyfiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır.
“ANAY-M” tibb mərkəzi fəaliyyətə başladığı illərdən minlərlə xəstə körpələr tibb mərkəzində şəfa tapmış, müxtəlif xəstəliklərdən qurtularaq sağlam həyata dönmüşdür. Xalqımıza xidmət etdiyi, körpələrin sağlamlığının keşiyində dayandığı bütün bu illər ərzində də əldə olunanlarla kifayətlənməmiş, daim inkişaf etmiş, tibb sahəsində ən son yeniliklərin tətbiqinə nail olmuşdur. Xatırladaq ki, “ANAY-M” tibb mərkəzi digər özəl tibb mərkəzlərindən tamamilə fərqlənir.
“ANAY-M” tibb mərkəzində dövlətin qayğısına uyğun, işinə məsuliyyətlə yanaşan peşəkar həkimlər çalışır. Hər bir körpə xəstələr peşəkar həkimlərimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Belə həkimlər arasında olan və daimi savadı, təcrübəsi və xidməti ilə seçilən həkimlərimiz olduqca çoxdur. “ANAY-M” tibb mərkəzində də körpələrin sağlamlığının keşiyində vicdanla, şərəflə duran, onlara canla-başla xidmət edən bacarıqlı həkimlər çoxdur.Tibb mərkəzinin tanınmış baş həkimi, ali kateqoriyalı pediatr Asif Seyfullayev öz peşəkarlığı, savadı, dünyagörüşü, səmimiyyəti, işinə məsuliyyəti ilə hər kəsin dərin hörmətini və inamını qazanıb, xalq arasında öz nüfuzu, hörmət sahibi olması ilə seçilir. Tibb mərkəzinə gələn xəstə körpələrin valideyinlərinin hamısı onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu məkanın həkim kollektivindən razılıqlarınlı dilə gətirir, onlara öz dərin minnətdarlıqlarını böyük fəxrə söyləyirlər.
Bu tibb mərkəzində öz peşəsini sevən, ona dərindən yiyələnən təcrübəli həkimlər çalışır. Belə "ağ xalatlılar"mızın fədakarlılığı ilə hər gün neçə-neçə insan həyata qayıdır.
Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində səhiyyəyə göstərilən diqqət və qayğı tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətdən yüksək səviyyədə yararlanır. Bir sözlə, səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Biz inanırıq ki, “ANAY-M” tibb mərkəzi öz ənənələrinə sadiq qalacaq, dünya səhiyyəsinin inkişafına yeni–yeni töhfələr verəcəkdir.
Bizdə öz növbəmizdə “ANAY-M” tibb mərkəzinin baş həkimi Asif Seyfullayevə və tibb mərkəzində çalışan həkim personajına öz dərin minnətdarlığımız bildiririk.

Şamil Məmmədəlioğlu


XƏBƏR LENTİ
Bakıda Qədr gecəsi
25-05-2019, 11:01

Bakıda Qədr gecəsi

QƏDR GECƏSİ
24-05-2019, 13:41

QƏDR GECƏSİ

Rusiyada Damla üçün izdiham
24-05-2019, 13:35

Rusiyada Damla üçün izdiham