Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
06 okt 11:01 Oxunub: 14

Tramp: Zelenskiyə zəng etmək istəmirdim

Tramp: Zelenskiyə zəng etmək istəmirdim


























ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasında respublikaçılara Ukrayna lideri Vladimir Zelenskiyə zənginin səbəbini izah edib.

Bu barədə “Axios” öz mənbəyinə istinadən yazır.

“Çoxları ona (Zelenskiyə - red.) zəng etmək istəmədiyimi bilmir. Zəng etməyimin yeganə səbəbi Rikin (energetika naziri Rik Perri – red.) israr etməyi oldu. MTQ zavodu ilə bağlı idi”, - deyə Tramp oktyabrın 4-də partiya yoldaşları ilə telefon söhbəti zamanı izahat verməli olub.

Ehtimal olunur ki, Amerika lideri belə bir bəhanə ilə məsuliyyəti üzərindən götürmək istəyib.

Xatırladaq ki, Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı qalmaqala və ABŞ prezidentinin impiçmenti prosedurunun işə salınmasına gətirib çıxardı.

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.


XƏBƏR LENTİ
Zakir Qaralovdan yeni təyinat
13-10-2019, 07:34

Zakir Qaralovdan yeni təyinat

Yenə qaz olmayacaq
12-10-2019, 07:00

Yenə qaz olmayacaq