Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
09 sen 08:01 Oxunub: 16

İngilis pivəsi turistə 100 minə başa gəldi

İngilis pivəsi turistə 100 minə başa gəldi
























Böyük Britaniyada otellərin birində pivə içən turist bunun qarşılığında təxminən 100 min dollar ödəyib.
"RİA Novosti" xəbər verir ki, hadisə Mançesterdəki otellərdən birində baş verib.
Avstraliyalı jurnalist Peter Lalor turist kimi yollandığı Mançesterdə əsl ingilis pivəsinin dadına baxmaq istəyib.
Ancaq xidmətçi hesabı gətirərkən nəyinsə düz olmadığı anlaşılıb.
Öz "Twitter" hesabından açıqlama verən Lalor hadisəyə yumorla yanaşıb və bu pivəni tarixin ən bahalı pivəsi adlandırıb.

Belə ki, gözlükləri yanında olmayan qonaq hesabdakı texniki səhvi diqqətdən qaçırıb. Kredit kartı ilə ödəniş etdikdən sonra isə onun telefonuna 55300 funt-sterlinq (təxminən 61200 avro, 99983 dollar – red.) məbləğində faktura gəlib.
Bundan əlavə, Peterin hesabından komisyon haqqı olaraq 1500 avro da çıxıblar.
Otelin meneceri isə baş vermiş texniki xətaya görə üzr istəyib və 10 gün ərzində ödənişin geri qaytarılacağını bildirib.


XƏBƏR LENTİ
Sabah hava buludlu olacaq
16-09-2019, 07:19

Sabah hava buludlu olacaq