Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
16 iyl 10:27 Oxunub: 29

Azərbaycanda doğulmuş 11 nəfər Ukraynada deputatlığa iddialıdır - Namizəd oldular

Azərbaycanda doğulmuş 11 nəfər Ukraynada deputatlığa iddialıdır - Namizəd oldular
























21 iyulda Ukrayna Ali Radasına (parlament) keçiriləcək seçkilərdə Azərbaycanda dünyaya göz açmış 11 nəfər iştirak edəcək.
Uluses.com.Az Oxu.Az-a istinadən xəbər verir ki, həmin namizədlər Dneprepetrovsk, Xarkov, Nikolayev, Odessa və Poltava vilayətlərində qeydiyyatdan keçiblər.
Onların əksəriyyəti müstəqil namizədlərdir: Krasnov Zahid Gennadiyeviç, Rzayev Rəmzi Əbdüləhəd oğlu, İsgəndərov İsgəndər Rəsul oğlu, Nesterenko Vadim Nikolayeviç, Quliyev Fərhad David oğlu, Zattsepina Aida Mixayıl qızı, Nuriyev Ağamirzə Mirzağa oğlu, Adbullayev Hicran Yaqub oğlu.
Namizədlər arasında müxtəlif partiyaların nümayəndələri də var: Biltsan Yuliya Leonidovna (“Patriot” partiyası), İsayev Hilal Mirhəsən oğlu (“Batkivşina” Ümumukrayna Birliyi partiyası), İvanov Andrey Pavloviç “Özünəyardım Birliyi” siyasi partiyası).
Onlar arasında Bakıda doğulmuş dörd erməni də var.
Xatırladaq ki, IX çağırışı Ukrayna Ali Radasına növbədənkənar seçkilər prezident Vladimir Zelenskinin göstərişi ilə 2019-cu il 21 iyula təyin edilib.


XƏBƏR LENTİ
Tanınmış alim vəfat edib
17-08-2019, 10:57

Tanınmış alim vəfat edib