Aile Hekimi Klinikasi
6-02-2018, 18:14 Aile Hekimi Klinikasi
Haqq yerini tapmayanda...
28-03-2019, 20:19 Haqq yerini tapmayanda...
AZƏRBAYCANLILARIN SOYQIRIMI
28-03-2019, 18:17 AZƏRBAYCANLILARIN SOYQIRIMI
19 fev 09:39 Oxunub: 210

Keçən il xaricə səfər edən Gürcüstan vətəndaşlarından 29 mindən çoxu ölkəyə qayıtmayıb

Keçən il xaricə səfər edən Gürcüstan vətəndaşlarından 29 mindən çoxu ölkəyə qayıtmayıb






















Keçən il xarici ölkələrə səfər edən Gürcüstan vətəndaşlarının 29 min 237 nəfəri geriyə qayıtmayıb.

Uluses.com.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, 2018-ci ildə vətəndaşların ölkədən 3 milyon 697 min 152 dəfə çıxışı qeydə alınıb. Geriyə isə 3 milyon 667 min 915 giriş qeydə alınıb.

2017-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 3 milyon 850 min 617 (çıxış) və 3 milyon 813 min 867 (giriş) olub. 36 min 750 nəfər ölkəyə geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, 2018-ci ildə 4584 Gürcüstan vətəndaşı xarici ölkələrdən deportasiya edilib ki, onların da əsas hissəsi Türkiyə, İsrail və Almaniyadan olub.


XƏBƏR LENTİ
Tanınmış alim vəfat edib
17-08-2019, 10:57

Tanınmış alim vəfat edib